Продается 5-комн. дом/дача 210 м²
İnşaatçılar qəsəbəsində (Pasyolka), 3 sot torpaq sahəsində mülkiyyətçi tərəfindən şəxsi istifadə üçün keyfiyyətlə tikilmiş, 210 m² sahəsi olan tam təmirli 5 otaqlı həyət evi satılır. Ev sahibi yeni ev aldığı üçün satır. Həm evin, həm də torpağın Çıxarışı (Kupça) var, ipotekaya tam yararlıdır. Evin 1-ci mərtəbəsi bütünlükdə isti poldur, su, qaz, işıq və mərkəzi kanalizasiya sistemi daimidir. Ev 24 saat kamera sistemi ilə qorunur, darvaza pultla idarə olunur. Həyət tam aqlay daşla döşənib və həyətə rahatlıqla 3 maşın daxil olur. İki ailənin rahatlıqla ayrı yaşaması üçün tam ideal layihəli, bir sözlə özünə hazır və keyfiyyətli ev axtaranlar üçün əla seçimdir.